Foto qalereya

Elsevər Fərzəliyev ilə bağlı foto qalereya.

Elsevər Fərzəliyevə aid foto qalereyanı izləmək ücün daha çox buttonuna tıklayın.

Haqqında

Elsevər Fərzəliyev haqqında məlumat.

27 noyabr 1960 – cı ildə Quba rayonunun Amsar kəndində doğulmuşdur. 1985 – ci ildə Azərbaycan Texnologiya İnstitutu “Qida məhsullarının texnologiyası” fakültəsini “Konservləşdirmə texnologiyası” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. İxtisasca mühəndis – texnoloqdur.

1985 - ci ilin dekabr ayında Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elm – İstehsalat Birliyində (Az. B və SB üzrə EİB) istehsalatdan ayrılmaqla aspiranturaya daxil olmuş, 1986 – cı ilin iyun ayında M.V. Lomonosov adına Odessa Qida Sənaye Texnologiyası İnstitutunun (indiki Odessa Qida Texnologiyaları Milli Akademiyası) istehsalatdan ayrılmaqla məqsədli aspiranturasına köçürülmüşdür. 1988 – ci ildə namizədlik dissertasiyasını basa çatdırmış və 1989 – cu ilin iyin ayında müvəffəqiyyətlə müdafiə edib, texnika elmləri namizədi elmi adına layiq görülmüşdür

1989 – cu ilin mart ayından Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elm – İstehsalat Birliyində kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır. 1990 – cı ilin avqustunda gənc mütəxəssis kimi Azərbaycan Texnologiya İnstitutuna dəvət olunmuş və laboratoriya müdiri vəzifəsində çalışmışdır. 1993 – cü ildən Bakı Dövlət Əmtəəşünaslıq – Kommersiya İnstitutunda əvvəlcə laboratoriya müdiri, sonra isə assistent, müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır. 

2000 – ci ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin “Qida məhsullarının texnologiyası” kafedrasında “dosent” vəzifəsində çalışır. “Texnologiya və Dizayn” fakültəsinin Elmi Şurasının üzvüdür, 2007 – 2011 ci illər ərzində fakültə nəzdində yaradılmış “Tədris prosesinə nəzarət” komissiyasının sədri olmuşdur. Hazırda doktorluq dissertasiyası üzərində çalışır.

2009 – cu ildə Beynəlxalq Standartlar Təşkilatının (İSO) Türkiyədə fəaliyyət göstərən nümayəndəliyi tərəfindən 22000:2005 – “Qida Təhlükəsizliyi İdarəetmə Sistemi” və 9001 – “Keyfiyyət İdarəetmə Sistemi” üzrə, eləcə də İngiltərədə fəaliyyət göstərən İRCA nümayəndəliyinin GlobalGROUP şirkəti tərəfindən 22000:2005 – “Qida Təhlükəsizliyi İdarəetmə Sistemi” üzrə sertifikatlarla təltif olunmuşdur.

75–dən çox elmi – metodiki əsərin müəllifidir. Onlardan: “Yeyinti məhsullarının ümumi texnologiyası”, “Balıq emalı müəssisələrinin texnoloji layihələndirilməsi” və “Qida məhsullarının müasir tədqiqat üsulları” adlı 3 dərslik, 14 fənn proqramı, 2 metodiki göstəriş və s. Əsərləri Rusiya Federasiyası, Belorus respublikası, Ukrayna və Azərbaycanda, Azərbaycan və Rus dillərində nəşr olunmuşdur. Hazırda “Ət sənayesi müəssisələrinin texnoloji layihələndirilməsi”, “Qida konsentratlarının texnologiyası” adlı dərsliklərin, “Bitki və heyvan mənşəli qida yağları” adlı dərs vəsaitinin, “Yabanı meyvə, giləmeyvə, texniki dərman bitkiləri” adlı monoqrafiyanın yazılması ilə məşğuldur.


Dərs prosesi

Mogilov Dövlət Ərzaq Universitetinin professor-müəllim heyəti və tələbə kontingentinə "Qida təhlükəsizliyinin təməl təlimi" mövzusunda mühazirə oxunarkən.

Sertifikatları

Elsevər fərzəliyevə aid olan sertifikatlar.

Dərs prosesi

Mogilov Dövlət Ərzaq Universitetinin professor-müəllim heyəti və tələbə kontingentinə "Qida təhlükəsizliyinin təməl təlimi" mövzusunda mühazirə oxunarkən.

Dərsliklər

Tədris-metodiki işlər

Mühazirələr

Elsevər Fərzəliyevin mühazirələri.

Dərs prosesi

Tələbələrin dərs prosesi zamani çəkilən foto.

Əlavə ədəbiyyat

Video Dərsliklər

Elsevər Fərzəliyev ilə bağlı olan video dərslikləri izləmək üçün aşağıdakı izlə buttonuna basın.

Sosial şəbəkələri və əlaqə vasitələri